Ukrayna Prezidenti Vladimir Zelenskinin fərmanı ilə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya və Belarus vətəndaşlarına qarşı sanksiyalar barədə qərarı qüvvəyə minib.

"Unikal" xəbər verir ki, sanksiyalara məruz qalanlar arasında Belarus Prezidenti Aleksandr Lukaşenkonun həyat yoldaşı Qalina Lukaşenko da var.Ukrayna ona qarşı 10 il müddətinə 13 məhdudiyyət, o cümlədən bank hesablarının dondurulması və Ukraynada torpaq sahəsi almaq qadağası tətbiq edib.