"22 ölkə İran dronları almaq üçün müraciət edib".

"Unikal" xəbər verir ki, bunu İranın ali baş komandanı və dini rəhbəri Əli Xameneyinin hərbi məsələlər üzrə ali müşaviri İranın hərbi ehtiyaclarının 80%-nin daxildə istehsal olunduğunu iddia edərək deyib:

"SEPAH xalqla birlikdədir. Ona görə, sionist rejim və Amerika İran xalqına qalib gələ bilməz.
İnqilabdan öncə müdafiə təchizatının 80 %-i xaricdən alınırdı, bu gün isə 80%-dən çoxunu daxildə istehsal edirik",- deyə general Yəhya Səfəvi iddia edib.

İranın ali baş komandanının müşaviri həm də 22 ölkə, o cümlədən Ermənistan, Tacikistan, Serbiya, Əlcəzayir, Venesuela və digər ölkələrin İran PUA-ları almaq üçün müraciət etdiklərini qeyd edib.

Gültəkin Ələsgər