Rospotrebnadzor xaricdən gələn peyvənd olunmamış ruslar üçün koronavirus infeksiyası üçün PCR testini ləğv etmək qərarına gəlib.

"Unikal" xəbər verir ki, bu barədə idarənin rəhbəri Anna Popova fərman imzalayıb. 

Sənəddə qeyd edildiyi kimi, Rusiyanın baş sanitar həkiminin 18 mart 2020-ci il tarixli qərarına dəyişiklik ediləcək . Əvvəllər, bu fərmana əsasən, xaricdən gələn və son 12 ay ərzində peyvənd olunmayan bütün rusiyalılar COVID-19 testindən keçməli idilər.

Yeni reqlamentdə həmçinin qeyd olunur ki, xarici vətəndaşlar Rusiyaya gələrkən yalnız anket doldurmalı olacaqlar. Bundan əlavə, sənəd işəgötürənlərin ölkədən gedən işçilərə PCR testindən keçmək və nəticələr alınana qədər izolyasiyaya riayət etmək zərurəti barədə məlumat vermək öhdəliyini ləğv edir.

Gültəkin Ələsgər