Azərbaycanda son gündə koronavirus əleyhinə 725 vaksin vurulub.

Bu barədə "Unikal"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 258, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 128, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 298, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 41 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 906 553 təşkil edir.