Böyük Britaniya Covid-19-un iki yeni variantının aşkar edildiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, bu haqda Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Məlumatda, “Omicron” variantının bir çox alt versiyalarının yayıldığı qeyd olunub.

Açıqlamada, gələcək tədqiqatlar üçün Covid-19 virusunun “Omicron” variantının alt versiyasına “BQ.1” və “XBB” adlarının verildiyi bildirilib.