Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən vurulan Rusiya raketinin Moldovaya düşməsi səbəbindən ölkənin hava müşahidə sistemləri hava məkanında qanunsuz uçuşlar aşkar etməyib.

"Unikal" xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, vurulan raket ölçülərinə və kiçik əks etdirici səthinə görə radar stansiyaları tərəfindən aşkar edilməyib.

Hazırda Moldova Milli Ordusunun mühəndisləri ərazini tədqiq etmək üçün əraziyə gediblər.

Ağarza Elçinoğlu