Türkiyənin Mersin şəhərində futbol klubunun məşqçisi H.B adlı şəxs  2021 və 2022-ci illərdə eyni məktəbdən 6 oğlan uşağına cinsi təcavüz etdiyi iddiası ilə saxlanılıb.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, dəhşətli hadisənin üstü uşaqların məktəb müdirlərinə deməsindən sonra ortaya çıxıb. Bundan sonra müdir H.B-nı polisə şikayət edib.  

Belə ki, polis əməkdaşlarının araşdırması nəticəsində məşqçinin 12-15 yaşları arasında olan 6 oğlana cinsi təcavüz etdiyi məlum olub. O, məhkəmə qarşısına çıxarılıb və 90 il müddətinə azadlıqdan məhrum edilib. 

Seymur Əli