Rusiya hakimiyyəti vəziyyəti sabitliyi pozmaq üçün kənardan edilən cəhdlərlə daha effektiv mübarizə aparmaq üçün qanunvericiliyi yeniləyib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu MDB ölkələrindən olan həmkarları ilə görüşdə çıxış edən Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib. 

Patruşev qeyd edib ki, sosial şəbəkələr və Qərb ölkələrinin nəzarətində olan KİV-lərə nəzarət gücləndirilib.

Onun sözlərinə görə,  ABŞ-ın informasiya təhlükəsizliyi sahəsində tətbiq etdiyi tərəfdaşlıq MDB ölkələrinin suverenliyinə təhdiddir. 

O, Qərbin nəzarətində olan qeyri-hökumət təşkilatlarının (QHT), media və sosial şəbəkələrin Rusiya Federasiyasında, Belarusiyada və Mərkəzi Asiyanın bəzi ölkələrində vəziyyətin sabitliyini pozmağa necə cəhd etdiyini xatırladıb.

“Biz Qərbin nəzarətində olan QHT və KİV-lərin, eləcə də internet resurslarının işinə nəzarətin gücləndirilməsinə və məhdudlaşdırılmasına yönəlmiş milli səviyyədə normativ hüquqi bazanın hazırlanmasını həyata keçirmişik”, - Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi deyib. 

Patruşev həmçinin Ukrayna hərbçilərinin taxıl dəhlizi təmin edən gəmilərə hücumunu terror aktı adlandırıb.

Gülayə Mecid