Rus qoşunları tezliklə Xersonu tərk edərək Dnepr çayının sol sahilinə keçəcək. Şəhərin özü çayın sağ sahilində yerləşir.

"Unikal" xəbər verir ki, bu barədə ilhaq edilən vilayətin administrasiya rəhbərinin müavini Kirill Stremousov "Solovyov Live" telekanalının efirində bildirib. 

"Çox güman ki, qoşunlarımız Xerson vilayətinin sol sahilinə gedəcək. Xersondan köçməyə vaxtı olmayanlar isə mümkün qədər tez şəhəri tərk edərək sol sahilə getsinlər", - o deyib. 

O, həmçinin regionda cəbhə xəttindəki vəziyyəti qeyri-kritik adlandırıb. Onun sözlərinə görə, Ukrayna qoşunlarının müdafiəni yarmaq üçün bütün cəhdləri uğurla dəf edilir və Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin cəbhə xəttində kütləvi toplanması müşahidə edilmir.

Ağarza Elçinoğlu