Türkiyədə baş verən zəlzələ zamanı 20 binaya ziyan dəyib.

"Unikal" xəbər verir ki, bu barədə daxili işlər naziri Süleyman Soylu bildirib.

O qeyd edib ki, 3 nəfər xəsarət alıb.

***08:36

Türkiyədə 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu tviter hesabında yazıb.

“(Yerli vaxtla-red) Saat 3:29-da İzmirin Buca rayonunda baş verən 4,9 bal gücündə zəlzələdə insan itkisi qeydə alınmayıb. Zəlzələ zamanı təlaşa düşən iki nəfər xəsarət alıb, məscidin minarəsi zədələnib. Hadisələr barədə ictimaiyyətə məlumat veriləcək”, - nazir sosial şəbəkə hesabında qeyd edib.