Bir neçə saat əvvəl mənə məlumat verildi ki, Amerika Birləşmiş Ştatları prezidenti bizim İranı azad etməyi hədəflədiyini söyləyib. İran 43 il əvvəl azad edilmişdi və sənin tərəfindən tutulmamağa qərarlıdır.

"Unikal" xəbər verir ki, bu barədə İran İslam Respublikasının prezidenti İbrahim Rəisi çıxışı zamanı bildirib. 

O, Amerikanın təhdid və sanksiyaları ilə dayanmayacaqlarını deyib: !Siz İranda inkişaf tempini ləngitməyə çalışırsınız və ABŞ bilir ki, İran inkişaf edir və buna görə də İranı təcrid etməyə çalışırlar, lakin ölkəmizə qarşı bütün planlarında uğursuzluğa düçar olublar".

Ağarza Elçinoğlu