Pakistanın keçmiş Baş naziri İmran Xan hər iki ayağından yaralanıb. 

"Unikal" xəbər verir ki, bu barədə siyasətçinin yerləşdirildiyi Cinnah Xəstəxanasından bildirilib. 

"Güllə sağ və sol ayağın sümüyünə dəyib", - deyə qeyd olunub. 

Həkimlərin sözlərinə görə, Pakistanın rəhbəri Tehrik-e-Insaf xəstəxanaya aparılarkən huşsuz vəziyyətdə olub, ayaqlarında 16 yara izi var idi. 

Qeyd edək ki, İmran Xana qarşı sui-qəsd cümə axşamı günü partiyasının yeni seçkilərin keçirilməsi tələbi ilə keçirdiyi etiraz yürüşü zamanı baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. 

Ağarza Elçinoğlu