Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 719 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 196, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 179, üç və daha çox doza vaksin vurduranların sayı 285, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 59 nəfərdir.