Qırğızıstan parlamentinin deputatları bu gün iki ölkə arasında sərhədin sonuncu mübahisəli hissələrinə dair Özbəkistanla saziş layihəsini təsdiqləyiblər.

"Unikal" TASS-a istinadən xəbər verir ki, parlamentarilər noyabrın əvvəlində iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanmış Kəmpir-Abad (Əndican) su anbarı və “Sərhədin ayrı-ayrı hissələri haqqında” ikitərəfli sazişləri təsdiqləyiblər.

Beləliklə, faktiki olaraq Qırğızıstanla Özbəkistan arasında sərhədin demarkasiyası və delamitasiyası prosesi başa çatıb. Sənəd Qırğızıstan və Özbəkistan prezidentləri Sadir Japarov və Şavkat Mirziyoyev tərəfindən imzalandıqdan sonra rəsmi olaraq qüvvəyə minəcək.