İtaliyanın Forte dei Marmi şəhərində naməlum şəxslər rusiyalı iş adamı Oleq Tinkovun villasına giriblər. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, oğrular yüz minlərlə avro dəyərində olan saat və zinət əşyalarını götürüblər.  

Villada oğurluq hadisəsi noyabrın 16-dan 17-nə keçən gecə baş verib. Hadisədən ilk xəbər tutan köməkçi olub. İlkin məlumata görə, oğurluqda 3 nəfər iştirak edib. Eyni zamanda oğrular çox peşəkarcasına hərəkət ediblər - onlar bir neçə təhlükəsizlik sistemini məhv ediblər və  iki seyfi aça biliblər.

Tinkovun özü oğurluq zamanı evdə olmayıb - indi o, ailəsi ilə birlikdə Meksikadadır.

Faktla bağlı araşdırma aparılır. 

Gülayə  Mecid