Dünyaca məşhur türk aşpaz Nüsrət Gökçənin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində yerləşən restoranı ödənilən məbləğlə gündəmə gəlib.  

"Unikal" xəbər verir ki,  Formula 1-in məşhur pilotları Nüsrətin restoranında bir araya gəliblər. Belə ki, pilotlar sonda 615 min avro (1 milyon, 78 min manat) hesab ödəyiblər.

Hesab çekinin fotosunu yayımlayan Nüsret  "Keyfiyyət heç vaxt baha deyil" sözünü yazıb.