Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskis Kiyevə gəlib, səfər zamanı o, Ukrayna rəhbərliyi ilə Aİ-nin dəstəyini müzakirə edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Dombrovskis "Twitter"də yazıb.

"Mən Kiyevə Aİ-nin Ukraynaya dəstəyini müzakirə etmək, fövqəladə maliyyə dəstəyi və 2023-cü il üçün planlarımıza diqqət yetirmək üçün gəldim", - postda deyilir.

Gülayə Mecid