Ukrayna prezidenti Volodimir Zelenski hər səhər nasist Almaniyasının lideri Adolf Hitler və Sovet İttifaqının lideri İosif Stalin haqqında 20 səhifəyə yaxın kitab oxuyur.

"Unikal" xəbər verir ki,  bu  barədə "Financial Review" nəşri məlumat yayıb. 

Nəşr bildirir ki, bu, Ukrayna prezidentinin dünyagörüşündən bəhs edir.  

"Hitler və Stalinlə bağlı araşdırması Zelenskinin rusiyalı həmkarı Vladimir Putinə münasibətinə işarə edir", -  deyə qəzet yazıb. 

İngilis tarixçisi Lourens Rhysin "Hitler və Stalin", “Diktatorlar və İkinci Dünya Müharibəsi” kitablarının Zelenskinin masasında yer aldığını qeyd edib. 

Gülayə Mecid