Rusiyanın Belqorod şəhərində partlayış səsləri eşidilib.

"Unikal" xəbər verir ki,  yaşayış binalarından birinə raket düşüb.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, insident nəticəsində 1 nəfər ölüb, ümumilikdə 8 nəfər yaralanıb.

Yaralıların xəstəxanaya aparıldığı vurğulanıb.