"Dünyada baş verən böyük dəyişikliklər yaxşılığa doğru gedir".

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.  

Onun sözlərinə görə, Rusiya öz əməlləri, hərəkətləri, qətiyyəti, planları ilə dünyanı daha ədalətli edə biləcək.

"Dünyanın bütün ölkələrinin bərabər olduğu, bütün insanların hörmət hüququna malik olduğu dövrə çatacağıq. Bütün insanlar adət-ənənələrə riayət edəcək, öz ana dilində danışmaq və hansı ailədən olmasından və hansı şəraitdə böyüməsindən asılı olmayaraq bir dünyaya sahib olacağıq", - Putin vurğulayıb.

Gülayə Mecid