Kiyev şəhərinin meri Vitali Kliçko səhər saatlarında paytaxtın bəzi yerlərində partlayış səslərinin eşidildiyini bildirib.

"Unikal" xəbər verir ki, Kliçko "Telegram" hesabındakı paylaşımında şəhərdə partlayışların baş verdiyini bildirib:

"Paytaxtın Solomyanski və Şevçenkivski rayonlarında çoxlu partlayış səsləri eşidilib". 

Hücumlarda Kiyevdə kritik infrastruktur obyektlərinin zədələndiyini vurğulayan Kliçko, "Kiyevdə can itkisi yoxdur. Tibbi yardım və xilasetmə qrupları işlərini davam etdirir", - deyə bildirib.  

Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Oleksiy Kulebanın sözlərinə görə, Rusiya qüvvələri səhər saatlarında Kiyevə qarşı pilotsuz uçuş aparatları (PUA) hücumları həyata keçirib.

Gülayə  Mecid