İran Fars körfəzində qaçaqmalçılıq yolu ilə yanacaq daşıdığı iddia edilən tankeri ələ keçirib və 12 nəfəri saxlayıb.

"Unikal" İRNA-ya istinadən xəbər verir ki, İnqilab Keşikçiləri Ordusu Fars körfəzində 330 min litr qaçaqmal yanacaq daşıdığı aşkarlanan tankeri ələ keçirib. 

Hələlik məsələnin təfərrüatları ilə bağlı rəsmi açıqlama verilməyib.

Seymur Əli