Argentinalı hücumçu Lionel Messinin 2022-ci il dünya çempionatı zamanı yaşadığı otaq muzeyə çevriləcək.

"Unikal" xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb. 

Turistlərin ziyarət edə bilməsi üçün otağın Messinin tərk etdiyi formada saxlanması qərara alınıb.

Dekabrın 18-də dünya çempionatının finalında Argentina millisi Fransa millisinə qalib gələrək kubokun yeni sahibi olub. 35 yaşlı Messi üçün bu, karyerasında ilk Dünya Kuboku tituludur.

Messi yeddi oyunda yeddi qol (dördü penaltidən) və üç məhsuldar ötürmə edib. O, turnirin ən yaxşı oyunçusu olub.

Daha əvvəl məlumat verilmişdi ki, DÇ-2022-nin Təşkilat Komitəsinin əməkdaşı Əlişir Nikimbaev turnirin qaliblərinin mükafatlandırılması zamanı baş verən insidentə münasibət bildirib . Qətər əmiri dünya çempionatının finalından sonra kubokun təqdimatı zamanı Lionel Messiyə bişt (ərəblərin xüsusi günlərdə geyindiyi paltar) geyindirib.

Gültəkin Ələsgər