Meksikanın Puerta Vallarta şəhərindəki Qustavo Diaz Ordaz hava limanından havaya qalxan kiçik təyyarə qısa müddət sonra hava limanı yaxınlığındakı boş sahəyə çırpılıb.

"Unikal" xəbər verir ki, hadisə nəticəsində təyyarədə olan 2 nəfər xəsarət alıb. 

Xəsarət alan 2 ekipaj üzvünün sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparıldığı, vəziyyətlərinin ağır olduğu açıqlanıb.

ABŞ-ın Texas ştatının MakAllen şəhərinə gedən kiçik təyyarənin ilk təsbitlərə görə mexaniki nasazlıq nəticəsində qəzaya uğradığı müəyyən edilib.