Sankt-Peterburqun Puşkinski rayonunda istehsalat binasında yanğın baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin şəhər baş idarəsinin mətbuat xidməti məlumat dərc edib. 

Hadisə nəticəsində iki nəfər ölüb. Yanğın 420 kvadratmetr ərazini əhatə edib. 

Hazırda yanğının qarşısı alınıb.

Ağarza Elçinoğlu