"Rusiya münaqişəyə görə Ukrayna ilə ciddi dialoqa açıqdır". 

"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı deyib. 

Rusiya lideri bildirib ki, vəziyyətin bu cür inkişafı Kiyevin əvvəllər səsləndirdiyi tələbləri yerinə yetirməsi və yeni ərazi reallıqları nəzərə alınmaqla mümkün ola bilər.

Ukraynadakı vəziyyətin müzakirəsi zamanı Putin Qərbin hərəkətləri ilə bağlı da söz açıb: "Rusiya tərəfində Qərb dövlətlərinin Kiyev rejimini silah və hərbi texnika ilə təchiz edən, əməliyyat məlumatı və hədəf təyinatı ilə təmin edən dağıdıcı rolu vurğulanır". 

Ağarza Elçinoğlu