Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Məlumata görə, söhbət zamanı Türkiyənin Ukraynaya humanitar yardımı və enerji dəstəyi, taxıl dəhlizilə bağlı məsələlər müzakirə edilib.

Prezident Ərdoğan Türkiyə olaraq Rusiya ilə Ukrayna arasında davamlı sülhün bərqərar olması üçün yardım və vasitəçilik vəzifəsini öz üzərinə götürməyə hazır olduqlarını bildirib.

Əsir mübadiləsi ilə bağlı işlərin davam etdiyini bildirən dövlət başçısı Zaporojye Atom Elektrik Stansiyasında prosesi sürətləndirmək üçün diplomatik töhfələr verə biləcəklərini ifadə edib.

xxx

16:16

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparacaq. 

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat dərc edib. 

Söhbət zamanı taxıl dəhlizindən və kənd təsərrüfatı gübrələrinin qlobal böhranından danışılacaq. İki lider arasında söhbətin vaxtı dəqiqləşdirilməyib.

Qeyd edək ki, bu gün Türkiyə lideri və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. 

Ağarza Elçinoğlu