“Vaqner” özəl hərbi şirkəti öz sıralarına Çeçenistandan məhbusları cəlb etməyə başlayıb. Onların əksəriyyəti siyasi motivlərlə məhkum edilib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Məlumata görə, Arqun şəhərinin (Çeçenistan Respublikası – red.) 3 saylı koloniya-qəsəbəsində, Çernokozova kəndinin 2 saylı cəzaçəkmə müəssisəsində (Çeçenistanın Naurski rayonu – red.) “Vaqner”in sıralarına məhbusların cəlb edilməsi davam edir.