İranda nümayişlərə görə mühakimə olunan 18 yaşlı Arşiya Tekdestan edam cəzasına məhkum edilib.

"Unikal" xəbər verir ki, Mazenderan vilayətinin İnqilab Məhkəməsində mühakimə olunan Tekdestan Novşehr rayonunda keçirilən nümayişlər zamanı “ciddi cinayət əməlləri” törətməkdə günahlandırılıb.

 İranlı gənc həmçinin, Londonda yerləşən və ölkədə “terror təşkilatı” sayılan “İran İnternational” media təşkilatına məlumat göndərməkdə ittiham olunub.