Hazırda prokurorluq rus işğalçıları tərəfindən Ukrayna vətəndaşlarına qarşı cinsi zorakılığa dair 154 iş açıb.

ABŞ-ın “New York Times” nəşrinin jurnalistləri rus əsgərləri tərəfindən işğaldan azad edilmiş ərazilərdə ukraynalı mülki şəxslərə qarşı cinsi zorakılıqla bağlı araşdırma dərc ediblər.

“Unikal” xəbər verir ki, “New York Times” nəşri xüsusilə, rus komandirlərinin zorlamaları təşviq etdiyinə dair sübutlar olduğunu yazır. Nəşr bu barədə məlumatlara prokurorluğun zorakılıq işlərinə baxan sözçüsü İrina Didenkonun malik olduğunu qeyd edir. 

Mətbu orqanın əməkdaşları Didenkoya istinadən bildirirlər ki, bəzi hallarda rus komandirlər zorlama əmri və ya “get dincəl” göstərişi veriblər.

Didenko deyir ki, rus qoşunları əraziləri işğal edəndə aydın davranış modeli var: “Quru qoşunları gəlir, ikinci və ya üçüncü gün zorlamalar başlayır”.
İstintaqda təsvir olunan hallardan birində komandir özündən kənarda qalaraq əsgərlərə yaşayış binasına girməyə icazə verib. Bu zaman bir əsgərin dediyi eşidildi: “Sadəcə bunu döyəcəyik, bunu da zorlayacağıq”. Başqa bir hadisədə isə səkkiz rus əsgəri nəzarət-buraxılış məntəqəsində saxlanılan kişini zorlayıb.

Didenkonun sözlərinə görə, ümumilikdə 154 zorlama faktı rəsmi olaraq müəyyən edilib. Lakin prokuror hesab edir ki, əslində belə hallar daha çoxdur. Məsələn, Kiyev vilayətinin əvvəllər işğal olunmuş kəndlərindən birində psixoloqlar müəyyən ediblər ki, hər doqquzuncu qadın cinsi zorakılığa məruz qalır.

Prokurorların və şəhər rəsmilərinin sözlərinə görə, zorlama qurbanları baş verənlər barədə danışmaqdan çəkinirlər və müharibə fonunda vəziyyət daha da pisləşir, çünki onları Rusiya ordusu ilə əməkdaşlıqda ittiham etmək olar.

Ən çox cinsi zorakılıq halları Xerson vilayətində aşkarlanıb

Xüsusi mobil qrup Xerson vilayətinin işğaldan azad edilmiş hissəsində rus işğalçıları tərəfindən 64 cinsi zorakılıq faktını qeydə alıb. Bu, Ukraynanın işğaldan azad edilmiş digər rayonları ilə müqayisədə çoxdur.

Rusiya hərbçilərinin Xerson vilayətində 4 ay ərzində qadına təcavüz etməsi halları var. Mart ayından bəri başqa bir yerli sakin sistematik şəkildə ifşa olunur və işgəncələrə məruz qalır.

Ramil Zeynallı