Türkiyənin Kahramanmaraş bölgəsindəki Ahır dağının zirvəsində yerləşən "Qaragöl" gölü tamamilə quruyub.

"Unikal" xəbər verir ki, rəsmilər gölün qurumasına səbəb kimi yağıntının olmamasını göstəriblər. 

Qeyd edək ki, bu, dəniz səviyyəsindən 2500 metr hündürlükdə yerləşən göldə ilk quruma halıdır. Gölün ərazidəki əvəzedici su mənbəsi olan "Kiçikgöl"ün suyu da tamamilə çəkilib. 

Ağarza Elçinoğlu