Türkiyə Qara dənizdə yeni qaz ehtiyatları aşkar etdikdən sonra bir sıra Avropa ölkələri üçün yeni təchizat alternativləri təklif edə bilər.

"Unikal" xəbər verir ki, Türkiyə 2020-ci ildə Qara dənizdə həcmi 540 milyard kubmetr olan böyük qaz yatağı kəşf edib. Daha sonra prezident Rəcəb Tayyib Ərdoğan yatağı ölkənin ən böyük yatağı adlandırıb. O, həmçinin Qara dənizdə ehtiyatı 58 milyard kubmetr olan qaz yatağının aşkar edildiyini, ehtiyatların smetasının 652 milyarda, Qara dənizdəki ümumi qaz ehtiyatlarının isə 710 milyard kubmetrə çatdığını və dəyərinin beynəlxalq bazarlarda 1 trilyon ABŞ dolları olduğunu bildirib.

“Türkiyə ilə Bolqarıstan arasında təbii qaz ticarətinə dair sazişin imzalanması Aİ və Balkan ölkələri üçün əlamətdar hadisədir. Ankaranın Qara dənizdə kəşf etdiyi yenilənmiş qaz və onun güclü qaz infrastrukturu bəzi Avropa ölkələri üçün yeni alternativlər təklif edə bilər”, - deyə məlumatda bildirilib. 

Gültəkin Ələsgər