"İrandan Yəmənə göndərilən 2000-dən çox silah aşkar edilərək ələ keçirilib"

"Unikal" xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri Oman körfəzində İrandan Yəməndəki Husi yaraqlılarına göndərildiyi güman edilən gəmidə 2000-dən çox silah aşkar edilərək ələ keçirdiyini açıqlayıb.

ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndə yerləşən 5-ci Donanmasının sözçüsü Timoti Haukins bildirib ki, yanvarın 6-da ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Chinook" sahil patrul gəmisinin əsgərləri Oman körfəzində yaxtanın qarşısını kəsiblər.

Amerikalı hərbçi bu gəmidə ayrı-ayrılıqda yaşıl brezentlərə bükülmüş 2100-dən çox Kalaşnikov silahının aşkarlanaraq götürüldüyünü bildirərək deyib: "Bu silahlar ABŞ Hərbi Dəniz Qüvvələrinin daha öncə ələ keçirdiyi İrandan Yəmən göndərilən digər silahlara bənzəyir".