Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2023-cü ilə planlaşdırılan dörd təlimindən üçü Belarusda keçiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə bazar günü STV telekanalına müsahibəsində Respublika Təhlükəsizlik Şurası dövlət katibinin birinci müavini Pavel Muraveyko bildirib .

“Hərbi tərəfdən: Təşkilatın hər il keçirdiyi 4 təlimdən üçünün ölkəmiz ərazisində keçirilməsi planlaşdırılır. Bunlar Çevik Hərəkat Kollektiv Qüvvələrinin Qarşılıqlı Təlimləri, Kəşfiyyat bölmələrinin Poisk təlimləri və Sentyabrda ölkəmizin ərazisinin arxa cəbhəsində eşelon təlimləri keçiriləcək”.