Rusiyanın Omsk vilayətində şəhər meri Gennadi Andreev sakinlərlə görüşdə döyülüb. 

"Unikal" xəbər verir ki, bu barədə vilayət İstintaq Komitəsinin nümayəndəsi Larisa Boldinova bildirib.

Hadisə Znamenski qəsəbəsində baş verib. 

İstintaq Komitəsinin nümayəndəsinin sözlərinə görə, münaqişə yerli sakinlərin ərazidə su təchizatı problemi səbəbindən baş verib. 

Mer beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Ağarza Elçinoğlu