Çinin Liaoninq əyalətinin Panjin şəhərində yerləşən kimya fabrikində güclü partlayış baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 2 nəfər ölüb, 34 nəfər yaralanıb. Hadisə yerində itkin düşən 12 nəfərin axtarışları davam edir.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Ağarza Elçinoğlu