Bəzi xarici avtomobil markalarının - Skoda, Kia, Infiniti, Nissan-ın mobil tətbiqləri Rusiyada fəaliyyətini dayandırıb.

"Unikal" xəbər verir ki, bu barədə Avtospetstsentr dilerindən məlumat verilib.

"Skoda, Kia, Infiniti, Nissan brendləri üçün əlaqə xidmətləri hələ işləmir. Skoda, Infiniti, Nissan istehsalçıları gələcək bağlanma haqqında bildirişlər göndəriblər", - diler mərkəzindən bildiriblər.

Onlar qeyd ediblər ki, Çin brendlərinin - Mu Chery, Exeed AR avtomobilləri üçün mobil proqramlar həmişəki kimi işləyir.