2050-ci ilə qədər dünya ölkələri tamamilə bərpa olunan enerji mənbələrindən istifadəyə keçməlidir.

"Unikal" xəbər verir ki, bu barədə şənbə günü Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan bin Əhməd Əl Cabir Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Baş Assambleyasının açılışında bildirib. 

“Bərpa olunan enerji mənbələrinə keçid tempini sürətləndirmək və onların payını 2030-cu ilə qədər dünya enerjisinin 2/3-ə, 2050-ci ilə qədər isə 100%-ə çatdırmaq lazımdır”, - nazir bildirib. O, "iqlim dəyişikliyinin, koronavirus pandemiyasının və dünyanın qida və enerji təchizatı zəncirlərinə təsir edən geosiyasi böhranların birləşməsinin mənfi təsirlərini nəzərə alaraq" bu rəqəmlərin zamanın çağırışı olduğuna diqqət çəkib.

BMT-nin baş katibi Antonio Quterreş iclas iştirakçılarına videomüraciətində “bərpa olunan enerji mənbələrinin enerji təhlükəsizliyinin qarantıdır” qeyd edib. Quterreş “bərpa olunan enerji mənbələrindən geniş istifadə istiqamətində irəliləyişi sürətləndirmək” üçün növbəti onillik ərzində bu məsələ ilə bağlı hərtərəfli beynəlxalq əməkdaşlıq sazişinin imzalanmasına çağırıb.

Hazırkı IRENA Baş Assambleyası Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-28) BƏƏ-də keçiriləcək Konfransına hazırlıq məqsədilə “Dünyada Enerji Keçidləri – Qlobal Qiymətləndirmə” şüarı altında keçirilir. Hazırda 168 ölkə və Avropa İttifaqı IRENA-nın üzvüdür.

ADSW-nin əsas tədbiri iki günlük “Dünya Gələcək Enerji Sammiti” olacaq. Buraya bazar ertəsi başlayacaq beynəlxalq konfrans və sərgi daxildir. Mövcud məlumata görə, Rusiya Energetika Nazirliyinin nümayəndələri Abu Dabidə Dayanıqlı İnkişaf Həftəsinin müəyyən tədbirlərində iştirak edirlər.