Ukraynanın Xarkov və Dnepropetrovsk vilayətlərində, həmçinin Zaporojyenin Kiyevin nəzarətində olan hissəsində hava həyəcanı elan edilib.

"Unikal" xəbər verir ki, bunu Ukrayna Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb. 

Yanvarın 17-nə keçən gecə Ukraynanın şərqində hava həyəcanı elan edilib. Dnepropetrovsk, Kirovoqrad, Poltava, Sumi və Xarkov vilayətlərində sirenalar səslənib. Xəbərdarlıq siqnalı Zaporojye vilayətinin Kiyevin nəzarətində olan hissəsində də işləyib.