Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini Haykaz Baqmanyana qarşı cinayət işi başlanıb.

"Unikal" xəbər verir ki, bu barədə "Sputnik Armenia"ya məlumat yayıb. 

Bildirilir ki, 2014-cü ildən 2020-ci ilin dekabrına kimi bəyannamə təqdim etmək öhdəliyi daşıyan Baqmanyan şəxsi balansına guya qanuni gəlirlərini üstələyən və əsaslandırılmamış əmlak - pul vəsaitləri əlavə edib. O, bəyan edilməli olan yuxarıda qeyd olunan məlumatları da gizlədib.

Faktla bağlı araşdırma davam edir.