Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

"Unikal"  xəbər verir ki, bu barədə onun vəkili Şalva Xaçapuridze bildirib.Onun sözlərinə görə, Saakaşviliyə artıq xəstəliyə yoluxması ilə bağlı diaqnoz qoyulub.

Qeyd edək ki, bu gün Mixeil Saakaşvilinin anası Giuli Alasania jurnalistlərə açıqlamasında onun səhhətinin yaxşı olmadığını, iştahasız olduğunu və ayağa qalxa bilmədiyini deyib.