Şimali Atlantika Alyansına (NATO) üzv ölkələrin müdafiə nazirlərinin fevralın 14-15-də Brüsseldə konfransı keçiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə  NATO qərargahı bəyanat yayıb. 

NATO-nun mənzil-qərargahı kompleksində keçiriləcək sessiyaya baş katib Yens Stoltenberq sədrlik edəcək.

Konfrans çərçivəsində amerikalıların təşəbbüsü ilə yaradılmış Ukrayna problemi üzrə təmas qrupunun ayrıca görüşünün də baş tutacağı planlaşdırılır.

Ağarza Elçinoğlu