Fransanın xarici işlər naziri Ketrin Kolonna cümə axşamı Odessaya səfər edib. O, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birlikdə Rusiyanın zərbələrindən zərər çəkmiş yerlərə baş çəkib.

"Unikal" xəbər verir ki, bu barədə Kolonna özünün "Twitter" səhifəsində yazıb.

Kuleba Fransanın Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Ukrayna atom elektrik stansiyalarında missiyasının işini dəstəkləmək üçün Kiyevə 3 milyon avro ayıracağını açıqlayıb.

Birgə keçirilən mətbuat konfransında Kolonna Ukraynaya tank verilməsi ilə bağlı suala birmənalı cavab verməyib.

"Bildiyiniz kimi, Fransa prezidenti Emmanuel Makron müdafiə nazirinə bu məsələni öyrənməyi tapşırıb. Hazırda onu deyə bilərəm ki, hələlik heç bir qərar verilməyib, lakin heç bir qərarın qəbulu istisna edilmirl", - o deyib.