ABŞ prezidenti Co Bayden fevralın 20-dən 22-dək Polşaya səfər edəcək. O, həmkarı Anjey Duda  və Buxarest və doqquz dövlətin (Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Çexiya və Estoniya) liderləri ilə görüşəcək.

"Unikal" xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.

"Fevralın 20-dən fevralın 22-dək Bayden Polşaya səfər edəcək. O, Polşa prezidenti Anjey Duda ilə görüşərək ikitərəfli əməkdaşlığımızı, həmçinin Ukraynanı dəstəkləmək və NATO-nun çəkindirmə imkanlarını gücləndirmək üçün birgə səylərimizi müzakirə edəcək. O, həmçinin, Polşanın liderləri ilə də görüşəcək".

Mətbuat katibinin sözlərinə görə, Amerika lideri Rusiya Federasiyasının Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatın ildönümü münasibətilə çıxış edəcək.

Baydenin Polşada olarkən Ukraynaya səfər etməsinin mümkünlüyü barədə suala Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki,  prezidentin səfəri üçün başqa istiqamətlər barədə heç bir elan yoxdur.

Kirbidən dövlət başçısının ABŞ-ın Ukraynaya növbəti hərbi yardım paketini Polşada elan etmək niyyətində olub-olmaması ilə bağlı sual verilib.

"Prezidentin çıxışını qabaqcadan mühakimə etməyəcəyəm, bunu etmək niyyətində deyiləm. Prezident açıq şəkildə bildirəcək ki, Birləşmiş Ştatlar Ukraynaya lazım olan müddətdə dəstəyini davam etdirəcək. O, beynəlxalq birliyə çağırışı davam edəcək. O, şübhəsiz ki, Ukraynaya əlavə təhlükəsizlik yardımı, əlavə maliyyə yardımı və əlavə dəstəyin ABŞ-dan gələcəyini açıqlayacaq, amma mən irəli getməyəcəm.” – Ağ Evin sözçüsü bildirib.