“Türkiyəyə dəstəyimiz yardımla bitməyəcək”

"Unikal"  xəbər verir ki, Türkiyəyə səfər edən Yunanıstanın xarici işlər naziri Nikos Dendias bu fikirləri bildirib.

“Türkiyəyə dəstəyimiz yalnız zəlzələ ilə əlaqədar olmayacaq”, - o deyib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Hataya gedən nazir bildirib ki, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisdən aldığı göstəriş əsasında Türkiyəyə dəstəyini əsirgəməyəcək: “Həmkarım Cavuşoğlunun fikirlərinə mən də qoşuluram, Türkiyə ilə əməkdaşlığımızın düzəlməsi üçün üçün daha bir zəlzələ fəlakətinin baş verməsini gözləməməliyik”.