Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 29 605 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Respublikası Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda saat 15.55-ə kimi Kahramanmaraş mərkəzli zəlzələlərdə 29 605 nəfərin həyatını itirdiyini, 147 934 fəlakət qurbanının isə başqa vilayətlərə təxliyə edildiyini bildirib.