"Oruc mənə İslamın əsl üzünü göstərdi".

"Unikal" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres hər il Ramazan ayında qaçqın icmalarını ziyarət edərkən deyib. 

Dünyanın bir çox yerində sülhün olmadığını qəbul edən Quterreş, "Düşünürəm ki, sülhə nail olmaq üçün birləşməyin vaxtıdır. Sülh dünyada sahib ola biləcəyimiz ən dəyərli şeydir" deyə o, qeyd edib.

1951-ci ildə imzalanan Qaçqınlar Konvensiyasının da Quranın mənəvi dəyərlərinə uyğun olduğunu söyləyən Quterreş, "Qaçqınların əksəriyyəti müsəlmanlar idi. Həmçinin qaçqınların yaşadığı icmaların əksəriyyəti də Müsəlmanlar böyük səxavət və həmrəylik içində idilər”.

Qaçqın düşərgələrinə illik səfərləri zamanı həmrəylik üçün oruc tutduğunu qeyd edən Quterreş, "Baş katib olanda bu ənənənin davam etdirilməli olduğunu düşündüm. İndi diqqəti qaçqın icmalarına deyil, əziyyət çəkən müsəlman icmalarına yönəldin" deyə o, bildirib. Ramazan ayında müsəlmanlarla birlikdə oruc tutmağın ona İslamın əsl üzünü göstərdiyini söyləyən Quterreş, “Qaçqınlara ev sahibliyi edən icmalarda şahidi olduğum sülh, həmrəylik və səxavət hissi, qaçqınların dözümlülüyü və cəsarəti son dərəcə ruhlandırıcı idi” deyə o bildirib.