Tovuzda yol nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə  rayonun Aşağı Öysüzlü kəndi ərazisində qeydə alınıb.  Hərəkətdə olan "VAZ 2106" markalı avtomobil  "VAZ 2107" markalı avtomobil ilə toqquşub. Nəticədə "VAZ 2107" markalı avtomobil yoldan çıxaraq yol kənarındakı avtomobil sexinə çırpılıb. Bu zaman "VAZ 2107"də olan sərnişin, Tovuz rayon sakini 22 yaşlı Amil Hüseynov xəsarət alaraq Tovuz mərkəzi rayon xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin qənaətbəxş  olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.