Alp dağlarında qar uçqunu nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə bazar günü Fransanın daxili işlər və xarici ərazilər naziri Cerald Darmanin bildirib.

"Uçqun Alp dağlarında Armansette buzlaqına düşüb. İlkin məlumatlara görə, 4 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Xilasedicilər işlərini davam etdirirlər", - o, Twitter-də yazıb.

Le Dauphine qəzetinin yazdığına görə, insident yerli vaxtla saat 11:27-də (Moskva vaxtı ilə 12:27) baş verib. Qəzet xəbər verir ki, axtarış-xilasetmə əməliyyatına iki helikopter, həmçinin çoxlu sayda xilasedici və texnika cəlb olunub.