ABŞ-ın Texas ştatında süd zavodunda partlayış baş verib.

"Unikal" xəbər verir ki,  partlayışdan sonra fabrikdə güclü yanğın başlayıb. Hadisə nəticəsində 18 min inək tələf olub.

Əraziyə  çox sayda yanğınsöndürən və  təcili tibbi yardım briqadası cəlb olunub. Zavod işçiləri təxliyə olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. 

ABŞ-da heyvan hüquqlarının müdafiəsi ilə məşğul olan Heyvanların Rifahı İnstitutu (AWI), "Southfork" süd zavodunda baş verən hadisənin ölkədə ən böyük inək ölümü ilə nəticələnən yanğın olduğunu bildirib.